...

"Euronews"da Azərbaycan xalçaları haqqında süjet (VİDEO)

Mədəniyyət Materials 19 Oktyabr 2017 11:57 (UTC +04:00)
"Euronews" telekanalı "Azərbaycan. Xalçanın qəlbi" adlı süjet yayımlayıb.
"Euronews"da Azərbaycan xalçaları haqqında süjet (VİDEO)

Bakı. Trend:

"Euronews" telekanalı "Azərbaycan. Xalçanın qəlbi" adlı süjet yayımlayıb.

Trend-in məlumatına görə, süjetdə Azərbaycanda xalçaçılığın çox qədim və zəngin tarixi olduğu qeyd edilir, bu tətbiqi sənət növünün tarixindən bəhs olunur.

Süjetdə dünyada ilk xalça muzeyinin 2014-cü ildə məhz Azərbaycanda yaradıldığı və muzeyin orijinal üslubda - xalça formasında olduğu xüsusi vurğulanır.

“Euronews”un süjetində qeyd edilir ki, 2010-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan xalçaları Ağ Ev, Ermitaj və Vatikanda da qorunub saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti