...

Ukraynanın I kanalında Azərbaycan mətbəxinin zənginliyi təbliğ olunub (FOTO)

Mədəniyyət Materials 26 Dekabr 2017 13:11 (UTC +04:00)
Ukraynanın birinci milli kanalında (“UA: Perşiy”) Azərbaycan mətbəxinin zənginliyi təbliğ olunub.
Ukraynanın I kanalında Azərbaycan mətbəxinin zənginliyi təbliğ olunub (FOTO)

Bakı. Trend:

Ukraynanın birinci milli kanalında (“UA: Perşiy”) Azərbaycan mətbəxinin zənginliyi təbliğ olunub.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev telekanalın səhər verilişində canlı yayımda ölkəmizin milli yeməkləri olan dolma, plov, qutab, paxlava barədə geniş məlumat verib.

Səfir qeyd edib ki, dolma Azərbaycana məxsus kulinariya növü kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. O bildirib ki, ölkəmizdə dolmanın yüzlərlə növü mövcuddur.

Səfir sovet dövründə Azərbaycanın regionlarında bayramların müxtəlif cür keçirildiyini də qeyd edib.

A.Xudiyev deyib ki, ancaq çox təəssüf olsun ki, Azərbaycan əraziləri Dağlıq Qarabağ və ətraf yeddi rayonu Ermənistan tərəfindən işğal edilib. Tarixi Dağlıq Qarabağ regionunda bayramlar özünəməxsusluğu ilə seçilib”.

A.Xudiyev Azərbaycanın milli bayramı olan Novruz bayramının tarixi haqqında danışaraq, ölkəmizin çox zəngin milli mətbəxi olduğunu qeyd edib.

Verlişin sonunda səfir dünyada yaşayan soydaşlarımızı Azərbaycan dilində təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti