...

Niderlandda Azərbaycan mədəniyyəti gecəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 25 İyun 2018 20:14 (UTC +04:00)
Niderlandın Delft Texnologiya Universitetində Azərbaycan mədəniyyəti gecəsi keçirilib.
Niderlandda Azərbaycan mədəniyyəti gecəsi keçirilib (FOTO)

Bakı. Trend:

Niderlandın Delft Texnologiya Universitetində Azərbaycan mədəniyyəti gecəsi keçirilib.

Trend-in məlumatına görə, "Explore Azerbaijan" adlı tədbirdə universitetdə təhsil alan tələbələrə Azərbaycan mədəniyyəti, rəqsləri, musiqisi, tarixi və milli yeməkləri təqdim olunub.

Tədbir ilk öncə Azərbaycan haqqında təqdimat və video ilə başlayıb. Daha sonra qonaqlar Azərbaycan təamlarından dadıblar. Şam yeməyi zamanı xarici qonaqlar Azərbaycanın milli paltarlarında fotolar çəkdiriblər.

Qonaqlara milli musiqilərimiz təqdim olunub. Daha sonra Azərbaycan haqqında 15 suallıq maraqlı intellektual oyun keçirilib və 15-dən çox qonağa hədiyyə təqdim edilib. Gecənin damğası isə Azərbaycan (Müslim Maqomayev) mahnısı olub. Zalda əyləşən və 20-dən çox ölkədən olan 100-ə yaxın tələbə ilə birlikdə mahnının "Azərbaycan" hissəsi birlikdə oxunması mükəmməl bir mənzərə yaradıb. Sonda isə 2 lirik mahnı ilə bütün qonaqlar Azərbaycan musiqisinə rəqs ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti