Bakı. Vüqar İmanov - Trend:
Oktyabrın 16-da Heydər Əliyev Sarayında “Şanson gecəsi” adlı konsert proqramı keçiriləcək.
Trend-in məlumatına görə, konsertdə tanınmış şanson ifaçıları Cəlal Abbasov, Ceyhun Bakinskiy, Hava Dolev, Flora Eyvazova “Florensiya”, Şakir Mərdanov, Şamil Kərimov, Oleq Selin, Bayram Cəlilov və başqaları iştirak edəcəklər.
Konsertdə tamaşaçılara yeni, maraqlı və fərqli proqram təqdim olunacaq. Müğənnilər konsertdə hər zaman populyarlığını saxlayan şanson janrında mahnılarla yenidən bakılıları və şəhərimizin qonaqlarını sevindirəcəklər.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir.
Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az