...

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi davam edir

Mədəniyyət Materials 21 Noyabr 2018 21:23 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi davam edir.
Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi davam edir

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert bir çox məşhur mahnının müəllifi, bəstəkar Şahid Əbdülkərimovun yaradıcılığına həsr olunub.

Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbir “Mədəniyyət” televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Konsertdə bəstəkarın mahnılarını xalq artistləri Nəzakət Teymurova - “Könül açdım”, Gülyaz Məmmədova - “Gecələr”, Gülyanaq Məmmədova - “Gözüm yandırar səni”, əməkdar artist Zakir Əliyev - “Təki sən səslə məni”, Azərbaycan Televiziyası və Radiosunun solistləri Rövşən Əziz - “Şirin yuxu olaydın”, Kamilə Nəbiyeva - “Gözəlim” ifa etdilər.

İfaçıları xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi.

Konsertin son nömrəsi olan “Heç küsməyin yeridirmi” mahnısı Almaz Orucova, Gülyaz Məmmədova və Gülyanaq Məmmədovanın ifasında səsləndi.

Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov idi. Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.

Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik,
etnik və caz musiqisinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Noyabrın 28-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Təranə Mahmudovanın "Baku Sound" adlı caz konserti keçiriləcək.
Biletləri şəhərimizin kassalarında, "ASAN xidmət" mərkəzlərində və iticket.az saytında əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti