...

Azərbaycanlı heykəltaraş Ukraynanın Xalq artisti oldu (FOTO)

Mədəniyyət Materials 31 Mart 2019 06:57 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna Prezidentinin müvafiq sərəncamı ilə Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının dosenti, həmyerlimiz Katib Səfər oğlu Məmmədov “Ukraynanın Xalq artisti” fəxri adına layiq görülüb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, azərbaycanlı heykəltaraş Katib Məmmədov Ukraynanın əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, Fəxri incəsənət xadimi, Ukrayna Rəssamlar İttifaqının, "Ukrayna Azərbaycanlılar Konqresi"nin, Moskva Peşəkar Rəssamlar Yaradıcılıq Birliyinin üzvüdür.

Soydaşımızın əsərləri dünyanın müxtəlif ölkələrində muzeylərdə, qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti