...

Bakıda ulduzlu "JARA" komediyasının təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 27 İyul 2019 13:55 (UTC +04:00)
"CinemaPlus Amburan Mall" kinoteatrında ulduzların iştirakı ilə çəkilmiş "JARA" komediyasının təqdimatı keçirilib.
Bakıda ulduzlu "JARA" komediyasının təqdimatı olub (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

"CinemaPlus Amburan Mall" kinoteatrında ulduzların iştirakı ilə çəkilmiş "JARA" komediyasının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, təqdimat mərasiminə Azərbaycan və Rusiya estradasının ən nüfuzlu simaları qatılıb. Filipp Kirkorov uşaqları ilə, Emin Ağalarov oğlu Əli ilə, Denis Klyaver həyat yoldaşı ilə, bundan başqa Anita Soy, Aygün Kazımova, Cəfər Axundzadə, Ceyhun Zeynalov, Tural Əsədov, Emil Abbasov və başqalarının qatıldığı tədbir unudulmaz anlarla yadda qalıb.

Filmin baş prodüseri qismində çıxış edən Emin Ağalarov bütün qonaqları salamlayıb və hamıya yaxşı istirahət arzu edib.

Qeyd edək ki, "JARA-2019" musiqi festivalı 25-28 iyul tarixində Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində keçirilir. Bu il "JARA 2019"da 250-ə yaxın sənətçi iştirak edir.

FOTO: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti