...

Vidadi Muradov: Ermənilərin Azərbaycan xalçaçılığına qarşı iddiası həmişə olub

Mədəniyyət Materials 8 Oktyabr 2020 17:15 (UTC +04:00)
Vidadi Muradov: Ermənilərin Azərbaycan xalçaçılığına qarşı iddiası həmişə olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Qarabağ xalçaçılığı üzrə kompleks tədqiqatların miqyasının genişləndirilməsinə böyük ehtiyac var.

Trend-in məlumatına görə, bunu “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri professor Vidadi Muradov deyib.

Onun sözlərinə görə, ermənilərin Azərbaycan xalçaçılığına, xüsusən onun ayrılmaz hissəsi olan Qarabağ xalçalarına qarşı iddiası həmişə olub. Bu iddianın tarixi onların Azərbaycanın ərazi bütövlüyünə, tarixi torpaqlarına qarşı iddialarının tarixi qədərdir:

"Erməni mətbuatının, elmi ictimaiyyətinin Azərbaycan xalçası uğrunda ideoloji mübarizəsini təbii hal hesab etmək lazımdır. Onlar xalçanın hər bir azərbaycanlı üçün nə demək olduğunu, onun necə bir milli-mənəvi əhəmiyyət kəsb etdiyini yaxşı bilirlər. Biz bu prosesi diqqətdə saxlamağa çalışırıq. Hesab edirəm ki, biz ermənilərin istər xalçaçılığa, istərsə də hədəf seçdikləri digər milli məsələlərə dair atacaqları addımı, daha doğrusu, vuracaqları zərbəni gözləmək əvəzinə, özümüz əməli fəaliyyətlə məşğul olmalıyıq. Təbliğatımızı düzgün və intensiv şəkildə aparmalıyıq. Bu mənada Azərbaycan elmi qarşısında, o cümlədən xalçaşünaslıq elmi qarşısında mühüm vəzifələr durur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti