...

"Su və rəng ahəngi 2021" akvarel sərgisidə iştirak edəcək rəssamlar və əsərlər müəyyənləşdi

Mədəniyyət Materials 8 İyul 2021 16:41 (UTC +04:00)
"Su və rəng ahəngi 2021" akvarel sərgisidə iştirak edəcək rəssamlar və əsərlər müəyyənləşdi

Bakı. Trend:

Azərbaycan suluboya rəssamlarını IWS Globe Beynəlxalq Suluboya cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi olan IWS Azerbaijanın və Xətai Sənət Mərkəzinin nəzdində açılmış İWS Baku Khatai Art Gallery təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə keçiriləcək "Su və rəng ahəngi 2021" akvarel sərgisidə iştirak edəcək rəssamlar və əsərlər müəyyənləşib.

Trend-in məlumatına görə, sərgidə iştirak etmək üçün 100-dən çox müraciət qeydə alınıb. IWS Azerbaijan akvarel cəmiyyətinin bədii şurası tərəfindən bunların arasından 51 iştirakçı müəyyən edilib.

Sərgi 15 iyul Xətai Sənət Mərkəzində keçiriləcək.

Əsərləri seçilmiş rəssamlar 10 iyul tarixinədək əsərlərini çərçivələnmiş vəziyyətdə Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər.

1. Abbas Məmmədov – Venesiyada kanal
2. Ağaxan Ramazanov – Hədəf, Martin
3. Bayram Qasımxanlı – "Tutuquşu ilə söhbət", "Flora bağda", "Günəşli Baki”
4. Cəlal Ağayev - Portret
5. Çinarə Mustafayeva – Sirli təbəssüm
6. David Kəngərli – "Əshabi - kəhf ə aparan yol" , "Fəryad" Xocalı, "Qaval daş" Qobustan
7. Elina Əliyeva – Natürmort
8. Elmira Əskərova – Uşaq portreti
9. Elnarə Musayeva - Natürmort
10. Əsmər Ağayeva – Lalələr
11. Əbdüləmi Əliyev – "Qubadlı mənzərəsi. Padar kəndi"
12. Əfşan Əsədova – Güllər
13. Feyzi Məmmədov – Şəki. Küdürlü kəndi, Küləkli gün, Çayqaraqoyunlu kəndi
14. Fidan Abidova – "Tənha qadın"
15. Gözəl Quliyeva – Natürmort, Natürmort, Portret
16. Günel Quliyeva – "Xankədiyə gedəcəyimiz yol", Kəlbəcər xarabalıqları "Ümüd ağacı", "Mayak kəndi"
17. Günel Ağakişiyeva – Ağdam
18. Hafiz Kərimov – "Ləpələr ","Əlincə", "Haça Dağ "
19. Hicran İbrahimova – İçərişəhər
20. Humay Abbasova – Çay dəstgahı
21. Xanlar Əsədullayev – Bakı
22. Xanım Əziz - Meksika körfəzində Na Kika qazma qurğusu, Neft buruqları
23. Xasay Mirzəyev – Venesiya, Yaxta, Nohur, Axşam
24. Xuday İbrahimov – 8-ci mikrorayon, Çoban, Təpələr üstündə şəhər
25. İlham Mirzəyev – Yay natürmortu, Mahir, İkitərəfli işıq
26. İntiqam Cəfərov – Muharibeye son, Qubali usaq, Izmir,Seferihisar.
27. İrina Sahan – Hortenziya, Dağlar
28. Qərib Osmanlı – Qarabağın bağları
29. Lamiyə İmanova – "Gəmilər"
30. Ləman Ağayeva – "Səttar"
31. Ləman Ağakişiyeva – Güllər
32. Leyla Vazehi – ”Venesiyyada qayiqlar” , ”Öküz döyüsü” , ” Dəniz kənarinda qağayi”
33. Mais Əliyev – Atlar, Qayıqlar
34. Mədinə Əmiraslanova – Ağ güllər
35. Naibə Vəliyeva – Kompot ilə natürmort, Rəqs edən rənglər, Lotoslar
36. Natalya Kornetova – Skeyt park
37. Novruz Allahverdiyev – Portret, Portret
38. Pərviz Əliyev – «Mədinə.Peyğəmbər məscidi», «Göy-Göl», « Bakı buxtasında yelkənli gəmilər
39. Rafael Əsədov – Yasəmənlər», «Bibi Heybət yamacı», « Bibi Heybət yamacı-2»
40. Rufanə Dünyamalıyeva – Payız hissləri
41. Səbinə İskəndər – Qayıqlar , Qayıqlar qürubda, Bahar düşüncələri, Şərq melanxoliyasının füsunkar zərifliyi
42. Sabir Məmmədov – “Evimə dönəcəm”, “Mənim nənəm”, “Şuşa uğrunda”
43. Sərxan İsayev – Natürmort(Vaza, küp və portağal), Natürmort(Su qabı və çaydan)
44. Sümayə Cəfərova – Humayən portreti
45. Təhminə Əli – "Təndirdə"
46. Təhminə İbrahim – Şərq natürmortu
47. Vagif Zeyidquliyev – “Galata korpusu”, “Ayasofiya”, “Galata”
48. Vüqar Əsədov – ``İçəri şəhər``, ``Buruqlar``, ``Xəzərdə``
49. Yekaterina Obuxovskaya – "Nar festivalı", "Lalələr"
50. Zəminə Qəmbərova – Natürmort
51. Zarina Həsənova – "Mənzərə","Azərbaycan dağları", "Qürub zamanı"

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti