...

Ermənilər Qarabağda müəllifi olduğum üç abidəni dağıdıblar - Üzeyir Hacıbəyovun heykəlinin müəllifi

Mədəniyyət Materials 30 Avqust 2021 15:10 (UTC +04:00)
Ermənilər Qarabağda müəllifi olduğum üç abidəni dağıdıblar - Üzeyir Hacıbəyovun heykəlinin müəllifi

Bakı. Çingiz Səfərli - Trend:

Ermənilər Qarabağda müəlifi olduğum üç abidəni dağıdıblar.

Bunu Trend-ə açıqlamasında Üzeyir Hacıbəyovun bürüncdən hazırlanmış heykəlinin müəllifi, heykəltəraş Aslan Rüstəmov deyib.

A.Rüstəmov bildirib ki, bunlardan ikisi İstisuda, biri də Laçın rayonunun Güləbird kəndində idi:

"İstisuda Nərimanovun qranitdən hazırlanmış büstünü və Qəzənfər Musabəyovun heykəlini dağıdıblar. Digər bir abidəm isə Laçın rayonundakı Sarı Aşığın abidəsi idi. Bunu da məhv ediblər. Sarı Aşığın abidəsi kompleks bir abidədir. Heykəlin aşağısında da onun sevdiyi qadının surəti əks etdirilib. Bu abidələrdən hansılarınsa yenidən hazırlanması tapşırılsa, bu işləri görəcəyik. Üzeyir Hacıbəyovun heykəlinə gəlincə isə bunu heykəltəraş Əhməd Salikov hazırlamışdı. Ermənilər bu abidəni partlatmışdılar. Salikov indi yaşlıdır və çalışa bilmir. Biz onunla uzun illər birgə işləmişik. Hazırkı heykəl də onun əl işinin oxşarıdır, əvvəlki eskizə uyğun hazırlanıb. Bürüncdən olan abidəni övladlarım Teymur və Mahmudla birgə hazırlamışam".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti