...

Nadir Rüstəmlinin "Avroviziya-2022"dəki mahnısı təqdim olunub (FOTO/VİDEO)

Mədəniyyət Materials 21 Mart 2022 20:26 (UTC +04:00)
Nadir Rüstəmlinin "Avroviziya-2022"dəki mahnısı təqdim olunub (FOTO/VİDEO)

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanın "Avroviziya-2022"də təmsil edəcək Nadir Rüstəmli müsabiqədə "Fade To Black" mahnısı ilə çıxış edəcək.

Bu barədə Trend müsabiqənin rəsmi saytına istinadən xəbər verir.

Təmsilçimizin təqdim edəcəyi mahnının rəsmi videoklipi yayımlanıb.

Qeyd edək ki, "Avroviziya-2022" mahnı müsabiqəsi Turində (İtaliya) keçiriləcək, yarımfinal 10 və 12 mayda, final mayın 14-də keçiriləcək. "Avroviziya-2022"nin şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi").

Nadir Rüstəmli ikinci yarımfinalın birinci hissəsində çıxış edəcək. "Avroviziya-2022" mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinə bəstəkar və prodüser İsa Məlikov rəhbərlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti