...

“Eurovision 2022”nin ilk yarımfinalı başlayıb

Mədəniyyət Materials 11 May 2022 00:43 (UTC +04:00)
“Eurovision 2022”nin ilk yarımfinalı başlayıb

Bakı. Trend:

Mayın 10-da İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da 66-cı “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

Trend xəbər verir ki, ilk yarımfinalda 17 ölkənin - İslandiya, Avstriya, Danimarka, İsveçrə, Albaniya, Moldova, Xorvatiya, Yunanıstan, Litva, Latviya, Ukrayna, Norveç, Sloveniya, Bolqarıstan, Niderland, Portuqaliya və Ermənistanın səhnəyə çıxacaqlar. Yarımfinalda ilk onluğa daxil olmağı bacaran ölkələr finalda mübarizə aparacaqlar.

Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçirilən dünyanın ən böyük canlı musiqi tədbirində bu il 40 ölkə iştirak edir. Bu 40 ölkənin 35-i yarımfinallarda yarışacaq.

İtaliyanın Turin şəhərinin ev sahibliyi ilə “Eurovision 2022”nin ikinci yarımfinal mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti