...

Milli Məclisin sədri Oqtay Əsədov səs verdi

Seçki 2015 Materials 1 Noyabr 2015 14:26 (UTC +04:00)
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov noyabrın 1-də 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində səs verib.
Milli Məclisin sədri Oqtay Əsədov səs verdi

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov noyabrın 1-də 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində səs verib.

Trend Secki-2015.az saytına istinadən xəbər verir ki, seçici fəallığının müşahidə olunduğu məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyir.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti