...

Məzahir Pənahov: Növbədənkənar prezident seçkiləri ilə bağlı bütün məsələlərə diqqətlə yanaşmalıyıq (YENİLƏNİB)

Gündəm Materials 6 Fevral 2018 16:43 (UTC +04:00)
Növbədənkənar prezident seçkiləri ilə bağlı bütün məsələlərə diqqətlə yanaşmalıyıq.
Məzahir Pənahov: Növbədənkənar prezident seçkiləri ilə bağlı bütün məsələlərə diqqətlə yanaşmalıyıq (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

Növbədənkənar prezident seçkiləri ilə bağlı bütün məsələlərə diqqətlə yanaşmalıyıq.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

O bildirib ki, müxtəlif ölkələr imkan tapan kimi digər ölkələrin daxili işinə qarışmağa maraq göstərirlər.

MSK sədri qeyd edib ki, kütləvi informasiya vasitələri də fəal olmalı və hər bir məsələni həm cəmiyyətə, həm də dünya ictimaiyyətinin diqqətinə düzgün çatdırmalıdır: “Biz birlikdə çalışmalıyıq ki, bunun öhdəsindən gələk”.

M.Pənahov bildirib ki, istənilən beynəlxalq təşkilatın nümayəndələri növbədənkənar prezident seçkilərində iştirak edə bilər.

O bildirib ki, MSK beynəlxalq təşkilatlar, hüquq-mühafizə orqanları ilə birgə maarifləndirmə işləri həyata keçirib: "Görülən işlər öz nəticəsini verib və artıq Azərbaycanda polisin seçkilərə müdaxilə etməsi ilə bağlı hallar qeydə alınmır".

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti