Bakı. Nigar Quliyeva - Trend:
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ilkin missiyasını göndərəcək.
Bunu Trend-ə ATƏT DTİHB-nin mətbuat xidmətindən bildiriblər.
DTİHB seçki ekspertlərindən ibarət missiya fevralın 21-22-də Bakıda olacaq.
Missiya müvafiq məlumatları toplayacaq və prezident seçkilərinin müşahidə edilməsi üçün missiyanın göndərilib-göndərilməyəcəyinə və onun mümkün formatına dair tövsiyələr hazırlayacaq. Missiyanın məruzəsi iki həftə ərzində hazır olacaq.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.