...

Nazirlik: Lerik və Şabranda baş verən yanğının qarşısının alınması üçün tədbirlər görülür

Gündəm Materials 24 Mart 2018 21:39 (UTC +04:00)
Lerikdə meşə ərazisində və Şabran rayonunda bələdiyyə torpaqlarında baş verən yanğının qarşısının alınması üçün tədbirlər görülür.
Nazirlik: Lerik və Şabranda baş verən yanğının qarşısının alınması üçün tədbirlər görülür

Bakı. Samir Əıi - Trend:

Lerikdə meşə ərazisində və Şabran rayonunda bələdiyyə torpaqlarında baş verən yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilər.

Qeyd edək ki, 24 mart 2018-ci il tarixində saat 19:00 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandoband meşəbəyliyinin yüksək dağlıq ərazisindəki 19 a saylı dolayında yanğın hadisəsi baş verib.

Baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qeyd edək ki, yanğın yüksək dağlıq ərazini əhatə etdiyindən və güclü küləklə müşayiət olunduğundan onun söndürülməsində çətinliklər yaranıb.

Eyni zamanda Şabran rayonunun yüksək dağlıq ərazisində yerləşən Çuxurəzəmi kəndinin meşə torpaqları ilə sərhəddindəki bələdiyyə torpaqlarında da yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsi üçün dərhal əraziyə Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Güclü küləklə müşayət olunan yanğının meşə ərazisinə keçməsinin qarşısını almaq məqsədilə operativ tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti