Bakı. Maksim Tsurkov – Trend:
Bakının mərkəzi küçələrində pandusların quraşdırılması işləri yekunlaşmaq üzrədir.
Trend-in məlumatına görə, bunu "Nəqliyyat, tranzit və logistika" adlı 16-cı Xəzər beynəlxalq sərgisinə həsr olunmuş mətbuat konfransı zamanı Bakı Nəqliyyat Agentliyinin İctmaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, pandusların quraşdırılması Bakının mərkəzi küçələrində aparılırdı:
“Panduslar artıq 950 məntəqədə quraşdırılıb. Bu sahədə işlər demək olar ki, başa çatıb”.
Qeyd edək ki, Bakıda iyunun 11-dən 13-dək keçiriləcək "Nəqliyyat, tranzit və logistika" adlı 16-cı Xəzər beynəlxalq sərgisində 15 ölkədən 85 şirkət iştirak edəcək.