...

Paytaxtda 7 marşrutun hərəkət sxemində dəyişiklik edildi

Gündəm Materials 10 İyul 2018 19:21 (UTC +04:00)
21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Paytaxtda 7 marşrutun hərəkət sxemində dəyişiklik edildi

Bakı. Samir Əli - Trend:

İyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyü yenilənməsi işləri əlaqədar ətraf yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldığından, 21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Dəyişkliyə əsasən, 21, 44, 60, 132 və 183 nömrəli marşrut xətləri üzrə avtobuslar Gəncə pr. - Xudu Məmmədov küçələri, əks istiqamətdə isə Məhəmməd Hadi küç - Xudu Məmmədov küç - Gəncə prospekti ilə hərəkət edəcəklər. 62 və 104 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Məhəmməd Hadi küç - Sarayevo küç - Telnov küç - Neapol dairəsi istiqamətində hərəkət edəcəklər.

Sərnişinlərdən edilən müvəqqəti dəyişikliyi anlayışla qəbul etmələrini xahiş edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti