...

Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb

Gündəm Materials 23 Yanvar 2019 17:40 (UTC +04:00)
Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında həyata keçirilən sülhməramlı missiyada hərbi müşahidəçi qismində iştirak etmək üçün Cənubi Sudana göndərilib.
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb

Bakı. Trend:

Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında həyata keçirilən sülhməramlı missiyada hərbi müşahidəçi qismində iştirak etmək üçün Cənubi Sudana göndərilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qeyd edək ki, keçən il noyabrın 30-da Silahlı Qüvvələrin 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti