...

Azərbaycan sülhməramlıları Cənubi Sudanda keçirilən sülhməramlı missiyada xidmətə başlayıb

Gündəm Materials 30 Yanvar 2019 16:39 (UTC +04:00)
Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında keçirilən sülhməramlı missiyada iştirak etmək üçün Cənubi Sudanın paytaxtı Cuba şəhərinə gəlib.
Azərbaycan sülhməramlıları Cənubi Sudanda keçirilən sülhməramlı missiyada xidmətə başlayıb

Bakı. Trend:

Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında keçirilən sülhməramlı missiyada iştirak etmək üçün Cənubi Sudanın paytaxtı Cuba şəhərinə gəlib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, zabitlərmiz BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada müşahidəçi qismində fəaliyyətə başlayıblar.

Qeyd edək ki, keçən il noyabrın 30-da Azərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudanda yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Milli Məclisinin qərarı qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti