...

Problemli kreditlərlə bağlı kompensasiyaların verilməsinin başlayacağı VAXT açıqlanıb

Gündəm Materials 28 Mart 2019 11:24 (UTC +04:00)
Prezident İlham Əliyevin fiziki şəxslərinə problemli kredit məsələlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı çərçivəsində kompensasiyaların ödənilməsinə aprelin sonunadək başlamaq planlaşdırılır
Problemli kreditlərlə bağlı kompensasiyaların verilməsinin başlayacağı VAXT açıqlanıb

Bakı. Sara İsrafilbəyova - Trend:

Prezident İlham Əliyev tərəfindən bu il fevralın 28-də imzalanan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı çərçivəsində kompensasiyaların ödənilməsinin aprelin sonunadək başlanılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiya ilə bağlı portalın təqdimatı zamanı deyib.

Palatanın Hüquqi təminat idarəsinin rəisi Tural Feyzullayev isə bildirib ki, əgər vətəndaş mövcud bankın müştərisidirsə, ona təzminatla bağlı bankdan bildiriş gələcək:

“Amma əgər vətəndaş bank olmayan kredit təşkilatının və ya ləğvolunma prosesindəki bankın müştərisidirsə, ona poçt vasitəsilə bildiriş gələcək”.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiya ilə bağlı portalın təqdimatı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti