...

Rusiyada itkin düşən gənc həmyerlimiz tapıldı - yoxa çıxmasına səbəb isə... (FOTO)

Gündəm Materials 21 May 2019 13:57 (UTC +04:00)
Rusiyada itkin düşən gənc həmyerlimiz tapılıb.
Rusiyada itkin düşən gənc həmyerlimiz tapıldı - yoxa çıxmasına səbəb isə... (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Rusiyada itkin düşən gənc həmyerlimiz tapılıb.

Bu barədə Trend-ə Rusiyanın Kemerovo vilayətindəki Azərbaycan icmasının sədri Fikrət Qasımov bildirib. Onun sözlərinə görə, itkin düşən 1998-ci il təvəllüdlü Ağazadə Ağahüseyn Abbas oğlu valideynlərindən xəbərsiz Novosibirskə yollanıb:

"Ağazadə Ağahüseyn sevdiyi bir qıza görə Novosibirskə yollanıb. O həmin xanımla sosial şəbəkədə tanış olduqdan sonra onu görmək üçün oraya yollanıb. Qızın özü də azərbaycanlıdır və əslən Cəlilabaddandır. Ağahüseyn ora yollandıqdan bir müddət sonra yaxınları xəbər tutaraq gənci evinə qaytarıblar".

F.Qasımov əlavə edib ki, saytlarda isə Ağahüseynin soyadı səhvən Əlizadə gedib.

Bildirək ki, 1998-ci il təvəllüdlü Ağazadə Ağahüseyn Abbas oğlu may ayının 16-dan sonra yoxa çıxmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti