...

Bakıda bədbəxt hadisə - fəhlənin başına daş düşdü

Gündəm Materials 4 İyul 2019 11:59 (UTC +04:00)
Bu gün səhər Bakıda bədbəxt hadisə baş verib.
Bakıda bədbəxt hadisə - fəhlənin başına daş düşdü

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gün səhər Bakıda bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə Bakıxanov qəsəbəsindəki "Uğur-2" yaşayış kompleksində qeydə alınıb. Həmin binanın yenidənqurma işlərində çalışan Rauf Cabbarovun başına daş düşüb. Müxtəlif dərəcəli xəsarətlər alan fəhlə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Travmatologiya şöbəsinə yerləşdirilən R.Cabbarova başın travması, döş qəfəsinin xəsarəti və çiyinin əzilməsi diaqnozu qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti