...

Rusiya prezidentinin sabiq müşaviri: Bakıda hər şey parlaq və gözəldir (FOTO)

Gündəm Materials 30 İyul 2019 20:28 (UTC +04:00)
JARA 2019 beynəlxalq musiqi festivalının iştirakçısı, Rusiya prezidentinin mədəniyyət və incəsənət üzrə sabiq müşaviri, xalq artisti Valeriya Perfilova festivalla bağlı təəssüratlarını bölüşüb
Rusiya prezidentinin sabiq müşaviri: Bakıda hər şey parlaq və gözəldir (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

JARA 2019 beynəlxalq musiqi festivalının iştirakçısı, Rusiya prezidentinin mədəniyyət və incəsənət üzrə sabiq müşaviri, xalq artisti Valeriya Perfilova festivalla bağlı təəssüratlarını bölüşüb.

O Trend-ə bildirib ki, festivala hər kəs ciddi və məsuliyyətlə hazırlaşıb:

“Hər zaman olduğu kimi Bakı öz qonaqpərvərliyi, gözəlliyi və milli mətbəxi ilə heyran edir, insanlar isə hər kəsi sanki öz evindəki kimi qarşılayır! Bakıda hər şey parlaq və gözəldir. Bakını çox sevirəm!”

Qeyd edək ki, festival iyulun 25-i sənətçilərin hitlərini səsləndirdikləri qala-konsertlə başlayıb. İkinci gündə, 90-cı illərin ulduzları çıxış edib, qonaqlara Qriqori Leps, Stas Mixaylov və "Lyube" qrupunun yaradıcılıq gecələri təqdim edilib. Üçüncü "sıfır" hitlərin günü olub. Dördüncü gün Z-nəsilə həsr olunub. Z nəsil - dünyada 1995-2012-ci illərdə anadan olmuş bir nəsil üçün istifadə olunan bir termindir.

Təşkilatçılar Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqoriy Leps, "Russkoye radio" və "Qızıl Gramofon" Mükafatının təsisçisi Serqey Kojevnikovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti