...

Badamdarda sürüşmə zonasında aktivlik davam edir - Əziz Qaralov

Gündəm Materials 9 Yanvar 2020 17:36 (UTC +04:00)
sürüşmənin məişət sularının torpağa axıdılması və atmosfer çöküntülərinin təsiri nəticəsində torpaq kütləsinin ağırlaşması səbəbindən baş verdiyi ehtimal olunur.
Badamdarda sürüşmə zonasında aktivlik davam edir - Əziz Qaralov

Bakı. Samir Əli - Trend:

Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov Trend-ə bildirib ki, ilkin araşdırmaların nəticələrinə görə sürüşmənin məişət sularının torpağa axıdılması və atmosfer çöküntülərinin təsiri nəticəsində torpaq kütləsinin ağırlaşması səbəbindən baş verdiyi ehtimal olunur:

"Araşdırma və müşahidələr davam etdirilir".

Xatırladaq ki, bu gün səhər saatlarında Səbail rayonu, Badamdar qəsəbəsində, Badamdar şossesi ərazisində torpaq qatı yenidən sürüşüb. Torpaq sürüşməsinin eni 80, uzunluğu isə təxminən 100 metri əhatə edib.

Hadisə nəticəsində Badamdar qəsəbəsindən "20-ci sahə" istiqamətində yol bağlanıb.

Qeyd edək ki, ərazidə ilk sürüşmə faktı 2018-ci il oktyabrın 12-də baş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti