...

Lerikə 1 metr 20 sm hündürlüyündə qar yağdı (VİDEO)

Gündəm Materials 11 Fevral 2020 15:33 (UTC +04:00)
Cənub bölgəsinə güclü qar yağıb.
Lerikə 1 metr 20 sm hündürlüyündə qar yağdı (VİDEO)

Bakı. Samir Əli - Trend:

Cənub bölgəsinə güclü qar yağıb. Bu barədə Trend-ə açıqlamasında Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov deyib.

Onun sözlərinə görə, qarın hündürlüyü dağ və dağətəyi kəndlərdə 1 metr 20 santimetrə çatıb:

"Rayonun mərkəzində qarın hündürlüyü 80 santimetrə çatmışdı. Küləkli hava şəraiti bəzi kəndlərin elektrik enerjisində fasilələrin yaranmasına səbəb olmuşdu. Amma "Azərişıq" ASC-nin əməkdaşlarının köməkliyi ilə problem aradan qaldırılıb. Artıq ucqar kəndlərə gedən yollar qardan təmizlənib, elektrik enerjisi bərpa olunub. Hazırda vəziyyət normaldır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti