...

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən sabiq nazir və sabiq rektor cərimələndi

Gündəm Materials 23 Avqust 2020 11:38 (UTC +04:00)
Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən sabiq nazir və sabiq rektor cərimələndi

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən tanınmışlar cərimələnib.

Trend-in məlumatına görə, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

DİN mətbuat xidmətindən məlumat təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti