...

Bakıda marşrut avtobuslarının dezinfeksiyasına nəzarət gücləndirildi

Gündəm Materials 27 Noyabr 2020 11:31 (UTC +04:00)
Bakıda marşrut avtobuslarının dezinfeksiyasına nəzarət gücləndirildi

Bakı. Samir Əli - Trend:

Pandemiyanın ilk günündən sərnişinlərin sağlamlığının qorunması məqsədi ilə əks-epidemik tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumatda bildirilir ki, hər gün 30 istehsalat bazasında axşam xətdən qayıdan avtobuslar müvafiq qaydada yuyulur təmizlənir və xüsusi dərman məhlulları ilə dezinfeksiya olunur:

"Mütəmadi olaraq işlərə nəzarət məqsədi ilə əməkdaşlarımız gecə saatlarında istehsalat bazalarında olurlar. BNA əməkdaşları hər gün avtobusların dezinfeksiya edilməsi prosesinə nəzarət edirlər. Hər hansı bir daşıyıcı tərəfindən bu işlərin icrasında hər hansısa laqeyidlik olarsa o zaman buna qarşı təcili tədbirlər görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti