...

Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb (FOTO/VİDEO)

Gündəm Materials 1 Fevral 2021 14:42 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə yolun hər iki istiqamətində baş verib.

Yolda tıxacın yaranmasına səbəb Ceyranbatan qəsəbəsi ərazisindən Bakı istiqamətində olan yolun bağlanmasıdır. Saray postundan Bakıya gələn yol təmirə bağlandığı üçün avtomobillərin hərəkəti qarşı yola istiqamətləndirilib və nəticədə ərazidə avtomobil sıxlığı yaranıb. Hazırda yolda böyük tıxac var.

Xatırladaq ki, Bakı-Quba yolunda aparılan cari təmir işləri çərçivəsində Bakı-Sumqayıt yolunda hərəkət hissə - hissə məhdudlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti