...

Vətən müharibəsində yaralanmış qazilərin yüksək texnologiyalı protezlərlə təminatı davam edir

Gündəm Materials 22 Fevral 2021 15:16 (UTC +04:00)
Vətən müharibəsində yaralanmış qazilərin yüksək texnologiyalı protezlərlə təminatı davam edir

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatını davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan Əliyev Vasif Şakir oğlu Fizuli uğrunda döyüşlərdə ayağını itirib. O, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunduqdan və protezləşməyə hazırlıq mərhələsindən sonra yüksək texnologiyalı protezlə təmin edilib.

Bu müasir reabilitasiya vasitələri istifadəçilərə köməkçi vasitələr olmadan ayağa qalxaraq sərbəst hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə və s. imkan verir.

https://www.youtube.com/watch?v=-0WYhRYjMvc&feature=youtu.be&ab_channel=Az%C9%99rbaycanRespublikas%C4%B1n%C4%B1n%C6%8Fm%C9%99kv%C9%99%C6%8FhalininSosialM%C3%BCdafi%C9%99siNazirliyi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti