...

Putinlə Paşinyanın müzakirə edəcəyi məsələlər açıqlanıb

Gündəm Materials 5 Aprel 2021 16:35 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiya prezidenti Vladimir Putin aprelin 7-də Ermənistanın baş naziri Nikol Paşinyanla iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı və Avrasiya məkanında qarşılıqlı fəaliyyət və inteqrasiya məsələlərini müzakirə edəcəklər.

Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Bundan başqa, Dağlıq Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-cii il üçtərəfli bəyanatların icrasının gedişatı, eləcə də regionda mövcud olan, xüsusən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində problemlərin həlli ilə bağlı növbəti addımlar nəzərdən keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti