...

Tarixi binanın üzərində qanunsuz tikinti aparanlar müəyyənləşəcək - BŞİH

Gündəm Materials 30 Aprel 2021 15:41 (UTC +04:00)
Tarixi binanın üzərində qanunsuz tikinti aparanlar müəyyənləşəcək - BŞİH

Bakı. Ceyhun Ələkbərov- Trend:

Bakıda tarixi binanın üzərində olan qanunsuz tikili ilə bağlı komissiya yaradılacaq. Komissiya təqsirkar şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər görəcək:

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.

Vurğulanıb ki, sosial şəbəkələrdə yayılmış məlumatlara operativ reaksiya verən BŞİH strukturları hazırda hadisə yerinə cəlb olunub və 28 May küçəsindəki tarixi binanın üzərində olan həmin tikili sökülür.

Qeyd edək ki, binanın üzərində olan qanunsuz tikili 2016-cı ildə inşa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti