Bakı. Trend:
Fransanın "Air France" hava yolu şirkəti son günlərdə İsrail ərazilərinə raket hücumlarının intensivləşməsi fonunda Tel-Əvivə uçuşları ləğv edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin mətbuat xidməti bildirib.
Məlumata əsasən, bu istiqamətdə uçuşların təxirə salınması və bölgədəki uçuş marşrutlarının dəyişdirilməsi barədə suala cavab olaraq bildirilib: "Air France şirkətinin 12 may 2021-ci ildən etibarən Tel-Əviv Hava Limanından uçuşlarını dayandırdığını təsdiqləyirəm".
Qeyd olunub ki, 13 və 14 may tarixlərində heç bir uçuş nəzərdə tutulmayıb.