...

Azad edilmiş ərazilərimizdə daha bir modul tipli hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)

Gündəm Materials 23 İyun 2021 16:40 (UTC +04:00)
Azad edilmiş ərazilərimizdə daha bir modul tipli hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)

Bakı. Trend:

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.

Şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət növbəti modul tipli yerləşmə məntəqəsi istifadəyə verilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, açılış mərasimində çıxış edən hərbi birlik komandiri general-mayor Mais Bərxudarov bildirib ki, hərbi qulluqçuların zəruri ehtiyaclarını təmin edəcək bu modul tipli qurğularda silah otağı, yataqxana, yeməkxana, mətbəx, eləcə də hamam-sanitar qovşağı mövcuddur. Eyni zamanda kompleksdə zabit və gizirlər üçün xidməti otaqlar, tibb məntəqəsi, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, əşya anbarı, dizel yanacağı ilə işləyən elektrik generatorlar, qazanxana, qurutma otağı, o cümlədən döyüş növbətçiliyinin və qoşun xidmətinin yüksək səviyyədə təşkili və aparılması üçün bütün imkanlar yaradılıb.

Qeyd edilib ki, yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin ediləcəkdir. Azad edilmiş ərazilərimizdə yerləşən hərbi hissələrə, mövqe və postlara yeni yolların çəkilməsi, elektrik, su və qaz xətlərinin quraşdırılması, eləcə də döyüş növbətçiliyinin, qoşun xidmətinin təşkili ilə bağlı görülən müvafiq işlər və modul tipli yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti