...

İraqın Baş naziri Baydenlə ABŞ hərbçilərinin ölkədən çıxarılmasını müzakirə edəcək

Gündəm Materials 19 İyul 2021 08:54 (UTC +04:00)
İraqın Baş naziri Baydenlə ABŞ hərbçilərinin ölkədən çıxarılmasını müzakirə edəcək

Bakı. Trend:

İyulun 26-da İraqın Baş naziri Mustafa Al-Kazimi ABŞ prezidenti Cozef Baydenlə görüşəcək.

Trend-in məlumatına görə, Vaşinqtonda keçiriləcək görüşdə Mustafa Al-Kazimi Cozef Baydenlə ölkəsində ABŞ silahlı qüvvələrin mövcüdluğuna son qoyulması məsələsini müzakirə etmək niyyətindədir.

"ABŞ-İraq əlaqələrinin səviyyəsini, xüsusən ABŞ-ın İraqdakı mövcüdluğu və silahlı qüvvələrinin ölkəmizi tərk etməsi məsələlərini müzakirə etmək üçün Vaşinqtona gedəcəyəm", - Baş nazir deyib.

Xatırladaq ki, 5 yanvar 2020-ci ildə İraq parlamenti bütün xarici qüvvələrin ölkədən tamamilə çıxarılmasını tələb edən qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti