...

Bir qrup gürcü jurnalist və bloger Azərbaycanda səfərdə olub (VİDEO)

Gündəm Materials 27 Sentyabr 2021 16:00 (UTC +04:00)
Bir qrup gürcü jurnalist və bloger Azərbaycanda səfərdə olub (VİDEO)

Bakı. Trend:

Bir qrup gürcü jurnalist və bloger Azərbaycanda səfərdə olub.

Trend-in məlumatına görə, səfər çərçivəsində nümayəndələr Füzuli və Şuşaya, daha sonra isə Gəncə şəhərinə gediblər.

Qarabağda, o cümlədən Şuşada aparılan sürətli tikinti-bərpa işləri ilə tanış olan qonaqlar şəhərin gözəlliyi qarşısında heyran qaldıqlarını ifadə ediblər.

Xarici nümayəndələrə Şuşanın tarixi və mədəni baxımdan Azərbaycan üçün əhəmiyyəti, relyefinə görə şəhərin azad edilməsi uğrunda gedən döyüşlərin çətinliyi barədə məlumat verilib. Azərbaycan ordusunun zabiti Fəxri Abbasov xarici jurnalistlərə ailəsinə məxsus evi göstərib və burada keçən uşaqlıq illərindən danışıb.

Qonaqlar daha sonra Gəncə şəhərinə gəliblər. Müharibə dövründə gecə saatlarında şəhərin raket atəşinə tutulması nəticəsində 26 dinc sakinin həyatını itirdiyi barədə məlumatlı olduqlarını və Ermənistanın beynəlxalq normaları kobud şəkildə pozduğunu vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti