...

Amnistiya aktı ilə əlaqədar 140 cinayət işinə xitam verilib

Gündəm Materials 23 Dekabr 2021 11:06 (UTC +04:00)
Amnistiya aktı ilə əlaqədar 140 cinayət işinə xitam verilib

Bakı. Samir Əli - Trend:

2021-ci ilin dekabr ayının 1-dək prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən 140 şəxs barəsində amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qurum tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

"Bu günün rəqəmi isə 140-dır. Belə ki, 2021-ci ilin dekabr ayının 1-dək prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən 140 şəxs barəsində amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilmişdır. Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur,"-məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti