...

Zəfər Günü ilə bağlı amnistiya aktı hərbi məhkəmələr tərəfindən 81 hərbçiyə tətbiq edilib

Gündəm 21 Yanvar 2022 15:18 (UTC +04:00)
Zəfər Günü ilə bağlı amnistiya aktı hərbi məhkəmələr tərəfindən 81 hərbçiyə tətbiq edilib

Bakı. Samir Əli - Trend:

Zəfər Günü ilə bağlı tətbiq edilən amnistiya aktı hərbi məhkəmələr tərəfindən 81 şəxs barəsində tətbiq edilib.

Trend-in məlumatına görə, bunu Respublika Hərbi Prokurorluğunda ilin yekunlarına dair kollegiya iclasında Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

O bildirib ki, 2021-ci ilin noyabr-dekabr aylarında bilavasitə Hərbi Prokurorluq orqanları tərəfindən 73 şəxs barəsində amnistiya aktı tətbiq edilib. Eyni zamanda, bu dövrdə prokurorların iştirakı ilə hərbi məhkəmələr tərəfindən 81 şəxs barəsində və prokurorluğun prosessual rəhbərliyi ilə müvafiq qurumlar tərəfindən 114 şəxs barəsində amnistiya aktı tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti