...

Ötən həftə 67 hektardan çox ərazi minalardan təmizlənib

Gündəm 24 Yanvar 2022 10:15 (UTC +04:00)
Ötən həftə  67 hektardan çox ərazi minalardan təmizlənib

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Trend-ə verilən məlumata görə, yanvarın 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 3, tank əleyhinə 1 mina və 9 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 67,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti