...

İstanbulda güclü qar səbəbindən dövlət qulluqçuları inzibati məzuniyyətə göndəriləcək

Gündəm 25 Yanvar 2022 05:44 (UTC +04:00)
İstanbulda güclü qar səbəbindən dövlət qulluqçuları inzibati məzuniyyətə göndəriləcək

Bakı. Trend:

İstanbulda əlverişsiz hava şəraiti ilə əlaqədar təhlükəsizlik, səhiyyə və nəqliyyat xidmətləri istisna olmaqla, dövlət sektorunda çalışan dövlət qulluqçuları, fəhlələr və digər işçilər sabah məzuniyyətə göndəriləcək.

Trend-in məlumatına görə, bu barədə İstanbul vilayətinin qubernatoru Əli Yerlikaya bildirib.

"Əlverişsiz hava şəraiti ilə əlaqədar təhlükəsizlik, səhiyyə və nəqliyyat xidmətləri istisna olmaqla, dövlət qulluqçuları, fəhlələr və digər işçilər 25 yanvar 2022-ci il çərşənbə axşamı günü tam iş günü müddətinə inzibati məzuniyyətə buraxılacaqlar", - deyə Ə.Yerlikaya öz "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, E-5 magistral yolunda Beylikdüzü ilə Büyükçekmece arasında nəqliyyət hərəkəti dayandırılıb. İstanbul vilayətinin valisi Ə.Yerlikaya həmçinin bildirib ki, bölgədəki əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Trakya istiqamətindən İstanbulun meqalopolisinə giriş növbəti məlumat verilənə qədər qadağandır.

Qubernator onu da bildirib ki, İstanbulda əlverişsiz hava şəraiti ilə əlaqədar noyabrın 24-ü saat 19:30-dan etibarən bütün ticarət mərkəzləri bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti