...

Talış kəndində ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı (VİDEO)

Gündəm Materials 7 Mart 2022 10:08 (UTC +04:00)
Talış kəndində ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı (VİDEO)

Bakı. Samir Əli - Trend:

Tərtər rayonunda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xİdmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə erməni hərbi birləşmələrinə məxsus tərk edilmiş silah-sursatın toplanması istiqamətində tədbirlər davam etdirilir.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının keçirdiyi növbəti tədbirlər zamanı Talış kəndi istiqamətində tərk edilmiş hərbi mövqedən silah-sursat aşkar edilib. Tapılan 1 pulemyot, 2 qumbara və 3000-dən artıq patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti