...

Türkiyədə yeni PUA-nın istehsalı başlayıb (FOTO)

Gündəm Materials 12 Mart 2022 16:48 (UTC +04:00)
Türkiyədə yeni PUA-nın istehsalı başlayıb (FOTO)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin "Baykar" şirkəti yeni pilotsuz uçuş aparatının (PUA) istehsalına başlayıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin texniki direktoru Səlcuq Bayraktar öz "Twitter" səhifəsində elan edib.

O bildirib ki, üç il yarımdan sonra istehsal xəttinə daha böyük və çevik aparat daxil edilib.

"MİUS – pilotsuz döyüş təyyarəsi: Bayraktar “Qızıl alma” yoldadır. Bizi izləməyə davam edin", – Bayraktar hərbi təyyarənin şəklini paylaşaraq qeyd edib.

Qeyd edək ki, "Kızılelma"nın prototipi 3,5 il əvvəl təqdim olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti