...

Bu günə qədər 25 min hektardan çox ərazi minalardan təmizlənib - ANAMA sədri

Gündəm Materials 1 Aprel 2022 09:52 (UTC +04:00)
Bu günə qədər 25 min hektardan çox ərazi minalardan təmizlənib - ANAMA sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

10 noyabrdan bu günə qədər 25 min hektardan çox ərazi minalardan təmizlənib, 55 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bunu ANAMA-nın sədri Vüqar Süleymanov Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında çıxışı zaman deyib.

V.Süleymanov qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsi minalarla çirklənməsinə görə dünyada ilk pillələrdədir və problemin miqyasına uyğun olaraq post-münaqişə dövründə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prioritet olaraq dayanır. “Bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir və bu istiqamətdə geniş işlər görülür”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti