...

TEKNOFEST gənc istedadların üzə çıxarılması üçün önəmli festivaldır - Rəşad Cabirli (FOTO)

Gündəm Materials 30 May 2022 14:00 (UTC +04:00)
TEKNOFEST gənc istedadların üzə çıxarılması üçün önəmli festivaldır - Rəşad Cabirli (FOTO)

Bakı. Trend:

TEKNOFEST gənc istedadların üzə çıxarılması üçün önəmli festivaldır.

Bunu Trend-ə açıqlamasında Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi - MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli deyib.

Onun sözlərinə görə, TEKNOFEST Azərbaycan festivalı iki qardaş ölkənin əlaqələrinin daha da dərinləşməsi üçün atılan önəmli addımlardan biridir və Türkyə-Azərbaycan münasibətləri xalqlarımız üçün əsas yol xəritəsidir.

O qeyd edib ki, TEKNOFEST Azərbaycan çox yüksək səviyyədə keçirilib, xüsusən də gənclər bu festivala yüksək maraq göstəriblər.

“Gənclərin bu festivala maraq göstərməsi sevindirici haldır və TEKNOFEST-in önümüzdəki illərdə də keçiriləcəyinə ümid edirəm” - deyə o bildirib.

R.Cabirli qeyd edib ki, MÜSİAD Azərbaycanın tərkib hissəsi olan Gənc MÜSİAD da TEKNOFEST-də iştirak edib.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçirilib.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.az və Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti