...

Azərbaycanda keçirilən “Teknofest”də gənclərin texnologiyaya marağına bir daha şahid olduq - Erhan Akdoğan

Gündəm Materials 30 Avqust 2022 13:35 (UTC +04:00)
Azərbaycanda keçirilən “Teknofest”də gənclərin texnologiyaya marağına bir daha şahid olduq - Erhan Akdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Samsun. Trend:

Bu il Azərbaycanda keçirilən “Teknofest”də gənclərin texnologiyaya marağına bir daha şahid olduq.

Bu barədə Trend-in suallarını cavablayarkən Türkiyənin Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) rəhbəri Erhan Akdoğan bildirib.

Onun sözlərinə görə, “Teknofest” xalqın texnologiya ilə biraraya gəldiyi platformadır.

“Bakıda keçirilən “Teknofest”də buna şahid olduq. Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi dəstəklə çox gözəl bir festival baş tutdu. Azərbaycanla eyni kökə, tarixə malik qardaş ölkəyik. Maraqlarımız, düşüncələrimiz ortaq olduğu üçün Türkiyədəki “Teknofest” həyəcanını Bakıda yaşamaqdan çox məmun olduq”, - deyə E.Akdoğan qeyd edib.

Qeyd edək ki, bu gün Türkiyənin Samsun şəhərində Aviasiya, Kosmik və Texnologiya festivalı - "Texnofest" başlayır.

30 avqust - 4 sentyabr 2022-ci il tarixləri arasında Samsun Çarşamba Hava Limanında keçiriləcək “Texnofest”də müxtəlif sərgilər, hava şouları təşkil olunacaq.

Festivalın ilk günü Türkiyənin 30 avqust “Zəfər günü”nə həsr olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti