...

İnformasiya təhlükəsizliyinə riayət həm jurnalistlərin, həm sosial şəbəkə istifadəçilərinin vəzifəsidir - Əhməd İsmayılov

Gündəm Materials 3 Oktyabr 2022 11:05 (UTC +04:00)
İnformasiya təhlükəsizliyinə riayət həm jurnalistlərin, həm sosial şəbəkə istifadəçilərinin vəzifəsidir - Əhməd İsmayılov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Bu gün strateji informasiya müharibəsində öz virtual sərhədlərini qorumaq Azərbaycan dövlətinin prioritetlərindən biridir. İnformasiya biliklərinin artırılması, eyni zamanda “Dövlət sirri haqqında” qanunun tələblərinə riayət olunması həm jurnalistlərin, həm də sosial şəbəkə istifadəçilərinin vəzifəsidir”.

Trend-in xəbərinə görə, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, informasiya təhlükəsizliyi sahəsində təkcə media nümayəndələri ilə deyil, ölkə vətəndaşları ilə də hüquqi maariflənmə işlərinin aparılması vacibdir: “Düşmənin informasiya hücumlarının qarşısının alınması üçün sistemli iş aparılmalı, İT mütəxəssisləri ilə müdafiə gücləndirməli, təhlükəsizlik tədbirləri davamlı olmalıdır.

Vikipediya, Google maps, Youtube, Facebook kimi beynəlxalq resurslarda ermənilərin yalan məlumatlarına adekvat olaraq müxtəlif dillərdə Azərbaycan həqiqətlərini əks etdirən informasiyalar yerləşdirilməlidir.

Təcrübəli alimlərimiz, tədqiqatçılarımız, ümumilikdə bütün ziyalılarımız yalan məlumatların, dezinformasiyanın qarşısının alınmasında fəal iştirak etməlidirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti