Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.
Trend xəbər verir ki, M.Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti Trend-ə təsdiqləyib.
Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, M.Talıbov Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşıdır.