...

MOİK-də cari ilin yekunlarına dair toplantı keçirilib (FOTO)

Gündəm Materials 30 Dekabr 2022 18:41 (UTC +04:00)
MOİK-də cari ilin yekunlarına dair toplantı keçirilib (FOTO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən Mərkəzi Ordu İdman Klubunda (MOİK) 2022-ci ilin yekunlarına həsr olunan toplantı keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Toplantıda MOİK-in təmsilçilərinin təkcə Azərbaycan Ordusunda keçirilən yarışlarda deyil, beynəlxalq yarışlarda da yüksək nailiyyətlər əldə etdikləri vurğulanıb.

Növbəti ildə planlaşdırılan yarış və idman tədbirlərində ölkəmizi layiqincə təmsil etmək üçün aidiyyatı üzrə müvafiq şəxslərə tapşırıqlar verilib.

Sonda cari ilin yekununa əsasən hərbi intizamın möhkəmləndirilməsində, eləcə də idman sahəsində yüksək göstəricilərin əldə edilməsində fərqlənənlər təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti