Şuşa. Trend:
Səhər saatlarında Xankəndinə keçən BQXK məxsus avtomobillər geriyə Xankəndiyə qaydıb.
Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu gün səhər saat 09:18 də Xankəndindən Laçına keçən BQXK məxsus beş avtomobil geri, Xankəndiyə qaydıb. Əlavə bir yük avtomobili də Laçından Xankəndiyə keçid edib
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 32 gündür davam edir.