...

Türkiyə Böyük Millət Məclisinin deputatları Qərbi Azərbaycan İcmasını ziyarət etdi

Gündəm Materials 4 Fevral 2023 17:33 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin deputatları Qərbi Azərbaycan İcmasını ziyarət etdi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan İcmasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvü ilə görüş keçirilib.

Trend-in məlumatına görə, türkiyəli qonaqları salamlayan Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib ki, qardaş ölkənin parlamentarilərinin İcmanı ziyarət etməsi böyük mənəvi önəm daşıyır.

Azərbaycanlıların ötən əsr boyunca dörd dəfə öz doğma torpaqlarından qovulması barədə məlumat verən sədr bu hadisələr zamanı azərbaycanlılara qarşı törədilmiş müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər barədə danışıb.

İcmanın Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Azərbaycan – Türkiyə dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov bildirib ki, qovulmuş azərbaycanlıların Ümumdünya İnsan haqları Bəyannaməsi və digər beynəlxalq konvensiyalar çərçivəsində tanınmış hüquqlarının təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir.

TBMM Türkiyə Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım azərbaycanlıların başına gətirilən müsibətlərdən dolayı üzgünlüyünü dilə gətirərək beynəlxalq konvensiyalara uyğun olaraq onların geri qayıtmaq hüququnun bərpa olunmasının zəruriliyini vurğulayıb.

Görüşdə Qərbi Azərbaycan İcmasının əsas orqanlarının rəhbərləri və türkiyəli millət vəkilləri Orhan Erdem, Yunus Kılıç, Tülay Kaynarca, Uğur Bayraktutan, Yaşar Karadağ, TBMM beynəlxalq şöbəsinin əməkdaşı Ertugrul Akay, səfirliyin əməkdaşı Öncü Güneş iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti